Avropa Şurasının prezidenti Rusiyadan danışdı

Donald Tusk

"Avropa İttifaqının Rusiya ilə keçinməyin son illərə deyil, son aylara hesablanmış strategiya hazırlamasına ehtiyac var."

Avropa Şurasının prezidenti Donald Tusk belə deyib.

Tusk dekabrın 19-u səhər Brüsseldə A.İ. liderlərinin sammitindən sonra mətbuat konfransında çıxış edib.

“Biz kənara çıxmalıyıq, reaktiv və müdafiə mövqeyində olmalıyıq” – Polşanın keçmiş baş naziri Tusk bildirib.

O, Rusiya və prezident Vladimir Putinlə keçinmək və Ukrayna böhranını həll etmək üçün “sərt və məsuliyyətli” strategiyaya çağırıb.