“Bakı Metropoliteni”: İxtisarlarla bağlı yayılan məlumatlar əsassızdır

Bakı metrosu

“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki,neftin ucuzlaşması səbəbindən qurumda aparılan ixtisarlarla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

O, qeyd edib ki, “Bakı Metropoliteni”nin həyata keçirdiyi infrastruktur layihələrin dayandırılması ilə bağlı yayılan xəbərlər də əsassızdır:

“Yeni metro stansiyalarının tikintisi dayandırılmayıb. Tikinti işləri əvvəlki templə davam edir”.

Qeyd edək ki, bəzi mətbuat orqanları “Bakı Metropoliteni” neftin kəskin ucuzlaşması səbəbindən 900 işçisini şəxsi hesabına məzuniyyətə göndərdiyini yazıb. İddialara görə, metropolitendə ixtisarlar da nəzərdən keçirilir.