Rihanna "Puma"nın qadın mallarının "siması" olacaq

Almaniyanın idman malları istehsalçısı Puma məşhur müğənni Rihannanı özünün qadın malları üzrə yaradıcı direktoru təyin edib. Bu barədə dekabrın 17-də bəyanat verən Puma bildirir ki, müğənni ilə bir neçə ilə bağlanan müqaviləyə görə, Rihanna Pumanın qadınlar üçün mallarının siması olacaq.

Bundan əvvəl Puma dünyanın ən sürətli adamı-olimpiya çempionuUsain Boltla müqavilə bağlamışdı.

Bolt Puma brendinin təmsilçisi təyin olunub.