Azərbaycan Pakistandakı terroru pisləyir

Pakistan,Peşavar

Azərbaycan dekabrın 16-da Pakistanın Peşavar vilayətində məktəbdə törədilmiş terror hücumlarını qəti şəkildə pisləyir. Həmin hücumda əsasən uşaqlar olmaqla, çoxlu sayda insan ölüb və yaralanıb.

Azərbaycan XİN-in yaydığı bəyanatda həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalması arzu edilir.

“Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz.

Azərbaycan beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq əsnasında terrorizmə qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzmlidir,” bəyanatda deyilir.