«Avropa Azərbaycanda mətbuatın dərdində deyil, onun dərdindədir ki..»

Deputat Aqil Abbas

-

Dekabrın 16-da Milli Məclisdə KİV haqqında qanuna dəyişikliklər müzakirə olunub. Çıxışı zamanı deputat Aqil Abbas Azərbaycanda söz azadlığından danışıb:

«Azərbaycandakı söz azadlığı heç bir ölkədə yoxdur. Prezident hətta müxalifət qəzetlərinə də pul verir ki, məni tənqid elə. Avropa Azərbaycanda mətbuatın dərdində deyil, onun dərdindədir ki, mətbuat Azərbaycan xalqını necə yoldan çıxara bilər.

Mətbuat haqqında qanuna yenidən baxılmalıdır. Pornoqrafik materiallara baxıb hələ özünü asan görməmişəm. Layihəyə bir maddə də əlavə edilməlidir ki, vahimə, qorxu yaradan materialların, filmlərin yayılmasının qarşısı alınsın».