-
Dekabrın 16-da Milli Məclisin növbəti iclası keçirilir. İclasın gündəliyinə 30 məsələ daxildir. Müzakirələr zamanı deputat Siyavuş Novruzov beynəlxalq təşkilatların verdiyi bəyanatlara toxunub:
«ABŞ Konqresi işgəncələrlə bağlı 6 min səhifəlik hesabat hazırlayıb. Dünyada insan haqları carçısı özü işgəncələrə yol verir. Bunu biz demirik, bunu Konqres deyir.
Bəs onda Azərbaycan burda terror aktı keçirmək istəyən insanlara hansısa hüquqi tədbir görəndə niyə narahat olursunuz? Kimisə araşdırmaq üçün məsuliyyətə cəlb edəndə niyə narahat olursuz? Freedom House, Amnesty İnternational, Human Right Watch niyə susur? Xədicə İsmayıla görə bəyanat verirlər? Teymurləng bunlardan daha demokrat olub».