Sabirabadda yanğın olub, bir ailənin beş üzvü yanaraq ölüb

Arxiv foto

Sabirabad rayonunda yanğın hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Qaratoğay kəndində Rzayevlər ailəsində məxsus evin yanması nəticəsində ailənin ikisi qadın, üçü azyaşlı olmaqla beş üzvü yanaraq ölüb.

Hadisə bu gün səhər saat 6.30 radələrində baş verib.

Faktla bağlı araşdırma aparılır.

FHN də hadisə ilə bağlı məlumat yayıb.

Məlumata görə, Sabirabad rayonunun Qaratuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1967-ci il təvəllüdlü Nəzakət Rzayeva, 1991-ci il təvəllüdlü Lamiyə Rzayeva, 2009-cu il təvəllüdlü Mənsumə Rzayeva, 2012-ci il təvəllüdlü Yağmur Rzayeva və 2013-cü il təvəllüdlü Gülay Rzayeva cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın saat 08:25-də söndürülüb.