Zakir Qaralov vətəndaşları ilk dəfə «online» rejimində qəbul edəcək

Baş prokuror Zakir Qaralov

-

Baş prokuror Zakir Qaralov vətəndaşları ilk dəfə «online» rejimində qəbul edəcək

Məlumatı Baş Prokurorluğun mətbuat xidmətinə istinadən ANS PRESS yayıb. Bildirilir ki, məqsəd prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərməkdir.

Baş prokuror Zakir Qaralov dekabrın 19-da saat 10:00-da canlı bağlantı ilə Lənkəran, Astara və Lerik rayonlarında yaşayan vətəndaşların Lənkəran rayon prokurorluğunun inzibati binasında video-konfrans rejimində qəbulunu keçirəcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Lənkəran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar 18 dekabr 2014-cü il tarixinədək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.