Sabunçu rayonunda yanğın baş verib

Arxiv foto

Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib, bir nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın ötən axşam hazırda fəaliyyəti dayanan təmir tikinti quraşdırma idarəsinin ərazisində ümumi sahəsi 75 kvadratmetr olan qazanxanada qeydə alınıb.

Qazanxananın yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı aparılan zaman 1970-ci il təvəllüdlü Qalib Şirin oğlu Hüseynovun yanmış meyiti aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 21:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.