Işgəncə hesabatı məşhur detektiv romanlarını ötdü

Guantanamo həbsxanasında saxlananlar, 2002

-

ABŞ-ın keçmiş prezidenti George W.Bush zamanında Mərkəzi Kəşfiyyat İdarəsinin istifadə etdiyi işgəncə metodlarına işıq salan hesabat amazon.com on-line dükanında bestseller oldu.

OxuZalı CNN”ə istinadla xəbər verir ki, Senatın, elektron variantı 2.99 dollara satılan bu hesabatı James Bond – casus 007 haqda kitabları da ötüb keçib.

“New York Times” isə yazır ki, “Melville House” nəşriyyatı 500 səhifəlik hesabatı kitab şəklində buraxacaq.

Hesabatda deyilir ki, MKİ əməkdaşları 11 sentyabr terror aktından sonra Əfqanıstan və başqa yerlərdə həbs etdikləri islamçı ektremistləri dindirərkən suda boğmaqla, zorlama ilə hədələmə kimi işgəncə metodlarından da istifadə ediblər.

Hesabat ABŞ-da böyük polemikalara yola açıb.