«Azərbaycan qısa vaxtda avtoritarizmdən diktaturaya necə keçdi?» - Rüstəm İbrahimbəyovla müsahibə [Anons]

Kinossenarist və yazıçı Rüstəm İbrahimbəyov

-

Kinossenarist və yazıçı Rüstəm İbrahimbəyov AzadlıqRadiosuna jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı müsahibə verib. Rüstəm İbrahimbəyov deyir ki, Azərbaycanda yaranmış və gündən-günə artan çətin vəziyyət onu dəhşətə gətirib:

«Hakimiyyətin insan hüquqlarını, ictimai fikri belə tapdalaması beynəlxalq aləmdə Azərbaycanın imicinə böyük bir zərbə vurur. Müxtəlif adamlarla görüşürəm, hamısı təəccüblənir ki, Azərbaycan qısa bir vaxtda, bir neçə ilin içində avtoritarizmdən açıq diktaturaya keçib? Xüsusən axırıncı həbslər: Leyla Yunus, onun həyat yoldaşı Arif Yunusun, Rauf Mirqədirovun, Anar Məmmədlinin və digərlərinin əsassız, siyasi motivlərlə həbsi normal adam üçün böyük zərbədir. Xədicə İsmayılla bağlı yaranmış son hadisələr dəhşət doğurur. Xədicə çox dəyərli, parlaq bir insandır və onun fəaliyyəti ictimai tariximizdə qalacaq. Mənə elə gəlir ki, Xədicəyə qarşı görülən tədbirlər çox kobud və böyük bir səhvdir».

Rüstəm İbrahimbəyovla geniş müsahibəni yaxınlarda oxuya bilərsiz.