Thorborn Jagland Xədicə İsmayılovanı dərhal azadlığa buraxmağa çağırır

Avropa Şurasının baş katibi Thorborn Jagland

-

Avropa Şurasının baş katibi Thorborn Jagland AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda baş katib Azərbaycanın tanınmış tədqiqatçı jurnalisti barəsində iki aylıq həbs-qətimkan tədbirinin seçilməsindən narahatlığını bildirib.

«Onun həbsi lüzumsuz idi. Bu həbs Azərbaycanda vətəndaş cəmiyyətinə və beynəlxalq ictimaiyyətə mənfi mesaj göndərir».

«Bu həbs Azərbaycanda jurnalistlər və insan haqları müdafiəçilərini təzyiq altında qoyur və bu ölkənin Avropa Şurası üzvü kimi öhdəliklərinə kökündən ziddir».

«Xədicə İsmayılı, eləcə də Avropa Şurasının hazırda azadlıqdan məhrum edilmiş tərəfdaşlarından çoxunu dərhal azadlığa buraxmağa çağırıram,» Thorborn Jagland bəyanatda vurğulayır.