ABŞ-ın müdafiə naziri Bağdada səfər edib

ABŞ-ın müdafiə naziri Chuck Hagel

-

ABŞ-ın müdafiə naziri Chuck Hagel Bağdada səfər edib. ABŞ rəsmisinin İraqa səfəri əvvəlcədən elan olunmamışdı. Nazirin olduğu təyyarə dekabrın 9-da Bağdad Beynəlxalq Aeroportuna daxil olan kimi təhlükəsizlik tədbirləri gücləndirilib. Bu, Pentaqon başçısının 2011-ci il dekabr ayından Birləşmiş Ştatlar bu ölkədə hərbi missiyasını başa vurduqdan sonar İraqa ilk səfəridir.

Hagel-in İraq hökumət nümayəndələri və Birləşmiş Ştatların hərbi komandirləri ilə görüşəcəyi gözlənir.

Hagel noyabrın 24-dən istefadadır, amma xələfi vəzifəsinin başına gələnədək fəaliyyət göstərir. Prezident Barack Obama onun yerinə Ashton Carter-i təyin edib.