Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini dekabın 8-də Ankarada Türkiyəyə rəhbərliyi ilə görüşüb.
Səfərdə məqsəd Türkiyəni Suriyadakı İslam Dövləti qrupu ilə mübarizəyə qoşulmağa və AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozmamağa çağırmaqdır.
Mogherini bildirib ki, bu səfər Avropa Birliyi-Türkiyə münasibətlərinin strateji vacibliyindən xəbər verir.
Rusiya prezidenti Vladimir Putin bu günlərdə Türkiyəyə səfəri zamanı elan etdi ki, Cənub Axını qaz kəməri artıq onlara lazım deyil və Rusiya Türkiyənin tərəfdaşlığı ilə alternativ variantdan istifadə edəcək.