Gürcüstan Azərbaycana borcunu 2025-ci ilə qədər ödəyəcək

Gürcüstan parlamenti enerjiyə görə Azərbaycana olan dövlət borcunun qaytarılmasıyla bağlı hökumətlərarası sazişi ratifikasiya edib. Gürcüstanın Azərbaycana borcu 16 milyon dollardan artıqdır. Həmin borcun 3 milyon dollara yaxını saziş qüvvəyə minəndən sonra ödənilməyə başlanacaq və ilin sonuna qədər davam edəcək. Ümumilikdə Gürcüstan Azərbaycana olan borcunu 2025-ci ilə qədər ödəməlidir.