Tağı Əhmədov yeni vəzifəyə təyin olundu

Tağı Əhmədov

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov yeni vəzifəyə gətirilib.

Bu barədə AzNews.az saytına Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova məlumat verib. O, yayılan xəbərləri təsdiq edərək bildirib ki, T.Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında aparat rəhbəri təyin olunub.

Metropolitenin sabiq rəisi bu təyinata qədər YAP-ın Yasamal təşkilatında sədr müavini vəzifəsini daşıyırdı.