Zaporojye atom stansiyasında qəza

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrayna rəsmiləri bəyan edirlər ki, qəza yardımçı elektrik təhcizatı qurğusunda baş verib. Reaktorların işinə heç bir təhlükə yoxdur, ərazidə şüalanma dərəcəsində dəyişiklik qeydə alınmayıb. Lakin xəbər Avropa ölkələrində təşviş doğuraraq, birjaların işinə təsir göstərib. Beynəlxalq Atom energetikası agentliyinin nümayəndələri hadisə ilə bağlı Ukraynadan heç bir məlumat almadıqlarını bildirirlər. 1986-cı il Çernobıl qəzasından sonra Ukrayna belə hadisələr haqda dərhal Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verməlidir. Reuters