Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Robert Prosinečki


Azərbaycanın futbol üzrə milli komandasına yeni baş məşqçi təyin olunub. AFFA İcrayyə Komitəsinin dekabrın 3-də keçirilən iclasında bu posta Robert Prosinečki təyin olunub.İclasa yeni baş məşqçinin özü də qatılıb. Bundan əvvəl milli komandanın baş məşqçisi Berti Foqts olub.

45 yaşlı Robert Prosinečki Almaniyada doğulub. “Real Madrid”, “Barselona”, “Sevillia” və digər məşhur klublarda oynayıb. Məşqçilik karyerasına Serbiyanın “Crvena Zvezda” (Qırmızı Ulduz) klubunda başlayan Prosinečki 2012-2013-cü illərdə Türkiyənin “Kayserispor” klubunu çalışdırıb.