Avropa Birliyi bildirir ki, Rusiyanın Cənub Axını layihəsindən qəfil çıxması enerji mənbələrinin şaxələndirilməsinə ehtiyacı göstərir. Moskva isə müştərilərinə qaz çatdırmaq üçün digər yollar axtaracağını deyib.
Rusiya prezidenti Vladimir Putin dekabrın 1-də Moskvada deyib ki, Moskva bir neçə milyard dollarlıq Cənub Axını layihəsindən çıxır. Bu kəmər qazı Qara Dənizin dibiylə Bolqarıstana, oradan AB-nin üzvlərinə aparacaqdı. Həmin ölkələrin istehlak etdiyi qazın üçdə birini Rusiya verir.
Qərb Moskvanın bu layihədən geo-siyasi alət kimi istifadə etdiyini deyir.
“Rusiyanın elan etdiyi qərar göstərir ki, təkcə marşrutları deyil, Avropa Birliyi üçün enerji mənbələrini də təcili şaxələndirmək lazımdır,” AB-nin xarici siyasət rəhbəri Federica Mogherini dekabrın 2-də Brüsseldə deyib.
Putin isə bu qərara görə AB-ni günahlandırıb, bildirib ki, Avropanın layihəyə qarşı dayanması bu nəticəyə gətirib.