ABŞ Azərbaycanda insan haqlarının vəziyyətindən dərin narahatdır

Psaki

ABŞ Azərbaycanda insan haqlarının vəziyyətindən dərin narahatdır. Dövlət Depratamentinin sözçüsü Jen Psaki Vaşinqtonda dekabrın 1-də deyib: “Biz Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı son məhdudiyyətlərdən dərin narahatıq “. O əlavə edib ki, “Azərbaycan hökumətinin insan haqları sahəsində öz öhdəliklərinə əməl etməməsindən ABŞ getdikcə daha çox narahat olur.”

Beynəlxalq təşkilatların fikrincə, Azərbaycanda həbsdə 98 siyasi məhbus və ya vicdan məhbusu var.