«Ulu çinar» jurnalının ilk sayı çıxdı

-

Türk xalqları ədəbiyyatından bəhs edən "Ulu çinar" jurnalının ilk sayı nəşr edildi.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə məxsus dərgi türkiyəli şair Kaan İncənin şeirləri ilə açılır.

Dərgidə yazıçı Anarın bu il 100 illik yubileyi qeyd olunan məşhur Türk şairi Fazil Hüsnü Dağlarca haqqında düşüncələri də yer alıb.

Bundan başqa, dərgidə Kazıbek Şaxanovun (Qazaxıstan), Gennadi Ayginin (Çuvaşıstan), Renat Xarisin (Tatarıstan), Lazar Kokişevin (Altay diyarı), Bəstə Sakallının (Şimali Kıbrıs), Nataliya Axpaşevanın (Xakasiya), Liliya Qazizovanın (Tatarıstan), Əməl Eminin (Rumıniya), Mariya Kuçumova (Başqırdıstan), İvan Miqalkinin (Yakutiya) şeirləri, Sanjar Yanışevin (Özbəkistan) və başqalarının yazıları dərc olunub.