N.B.Vəzirovun indiyədək işıqüzü görməyən əsəri çap edilib

Nəcəf bəy Vəzirov


Nəcəf Bəy Vəzirovun şəxsi fondunda saxlanılan meşə təsərrüfatına aid “Palıd” elmi əsəri nəşrə hazırlanıb. Azərbaycan dilində ərəb əlifbası ilə yazılan bu əsəri M.Füzuli adına Əlyazmalar İnstutitunun Şəxsi fondların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova işləyib.

N.B.Vəzirovun ümumi yaradıcılığı ətraflı öyrənilib, tədqiq edilsə də, bu əsər haqqında bir-iki məqaləni çıxmaqla, indiyə kimi bütöv şəkildə nəşr edilməyib.

“Palıd” elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərli bir vəsaitdir. Burada çürümüş ağacların böyüməsi, növləri, onlara qulluq, yaşı və xüsusiyyətlərini öyrənmək, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacları təyin etmək, ağacların yaşını və kölgəyə davamlılığını təyin etmək, kölgəyə davamlı ağacları təsvir etmək və s. kimi mövzuları əhatə edir.

“Palıd” elmi əsəri meşə təsərrüfatı sahəsində çalışan işçilər və bu yöndə tədqiqat işləri aparan elmi işçilər üçün əvəzsiz bir vəsaitdir.