İraq gələn ilin büdcəsinə yenidən baxır

Arxiv foto

Neft qiymətlərinin ucuzlaşması İraq hökumətini gələn ilin büdcəsinı yenidən baxmağa vadar edib.

Bunu ölkənin baş naziri Haidar Əl Abadi deyib.

İraq hökuməti 2015-ci ilin büdcəsini tərtib edərkən neftin bir barelini 70 dollardan hesablayıb. Hazırda neftin qiyməti 64 dollara enib.

İraqın neft naziri Adel Abdul-Mehdi "The Telegraph"a verdiyi müsahibəsində deyib ki, onlar 2020-ci ilə qədər gündəlik neft hasilatını üç milyon bareldən altı milyon barelə qaldırmağı planlaşdırırlar.