Avropa Komissiyasının enerji üzrə vitse-prezidenti Azərbaycanda səfərdədir

Maros Sevcovic

Avropa Komissiyasının enerji üzrə vitse-prezidenti Maros Sevcovicin Azərbaycana səfəri başlayıb. Bu barədə APA-ya Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Səfər zamanı Maros Sevcovic Azərbaycan prezidenti İlham Əliyev və hökumət üzvləri ilə görüşəcək. Tərəflər Cənub Qaz Dəhlizi bağlı müzakirə aparacaq.