SSR-i həyatından görüntülər. 1963-cü ilin fotolarında

Moskva, Qırmızı Meydan. Lenin mavzoleyini ziyarət etmək istəyənlərdən ibarət növbənin düzüldüyü görünür.

Moskvanın Manej meydanı. 2004-cü ildə sökülmüş «Moskva» mehmanxanasının bir hissəsi.

Qırmızı Meydan. Mavzoleyə duran növbə.

Kiyevdə kitab satışı, Kreşatik və Proreznaya (o dövrdə - Sverdlov) küçələrinin kəsişməsi. Orada xarici ədəbiyyatı satan «Dostluq» kitab mağazası yerləşirdi (xüsusi ilə «qardaş sosialist» ölkələrindən olan kitablar).
 

«Avropa» mehmanxanasının girişi

Kiyev. 125 nömrəli köşk içkilərin (o cümlədən alkoqollu) və siqaretlərin satışı ilə məşğul olurdu. Həmin köşk bu gün də həmin yerdədir. Lakin xarici görünüşü çox dəyişib.

Kiyev. Qazlaşdırılmış suyun satışı.

Kiyevin mərkəzi. Kreşatik və Mərkəzi poçtun binası görünür. Arxa planda - Sofiya kilsəsidir.

Kiyevin mərkəzi meydanı 1963-cü ildə Kalininin adını daşıyırdı. 1967-ci ildə meydan Oktyabr inqilabı adını alır. Hazırda həmin meydan Azadlıq adını daşıyır. Bütün dünya bu ərazini Maydan olaraq tanıyır. Foto «Moskva» (indiki «Ukrayna») tərəfdən çəkilib

Moskva Dövlət Universitetinin binası.

Moskva, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi.

Moskva Kremlinin qüllələrindən birinin görüntüsü

Mərkəzi sərgi zalı ilə Manejnaya meydanının görüntüsü. 2004-cü ildə baş verən yanğından sonra rekonstruksiya olunub

Kremlin divarları yaxınlığında