İranda internet fəalına ölüm hökmü qüvvədə saxlandı

Soheil Arabi

İranın müxalifət saytları yazır ki, Məhəmməd peyğəmbəri təhqir etdiyi iddia olunan İnternet fəalına ölüm hökmü qüvvədə saxlanıb. Soheil Arabi ötən il İslam İnqilab Qvardiyası tərəfindən həbs olunub. Onun facebook-da müxtəlif adlar altında postlar yerləşdirdiyi bildirilir.

Arabi-nin həyat yoldaşı Nastaran Naeimi deyir ki, fəala qarşı yeganə sübut onun olduğu iddia olunan facebook postlarının çap formasıdır. Xanım bildirir ki, əri fotoqrafdır, həmin postların heç də hamısını özü yazmayıb.

Son aylar İranda bir neçə facebook fəalı həbs olunub.