BMT: İŞİD adam oğurluğundan 45 milyon dollar qazanıb

İŞİD yaraqlıları

İslam Dövləti (İD) (əvvəlki adı- İŞİD) yaraqlı qrupu ötən il adam oğurluğundan 35-45 milyon dollar qazanıb. Bunu BMT-nin Al-Qaeda-ya qarşı sanksiyaların monitorinqini aparan eksperti, Yotsna Lalji deyir.

Ekspert noyabrın 24-də BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Komitəsinin iclasında danışıb. Onun sözlərinə görə, 2004-2012-ci illərdə terrorçu qruplara adam oğurluğuna görə 120 milyon dollar ödənib.

Yotsna Lalji deyib ki, son illər Al-Qaeda və törəmələri adam oğurlamağı “gəlir əldə etmək üçün Al-Qaeda-nın əsas taktikasına” çevirib.

Ekspert 2012-ci ilin oktyabrında yayılmış səs yazısını misal çəkib. Həmin yazıda Al-Qaeda lideri Ayman al-Zawahri dünyadakı yaraqlıları qərbliləri oğurlamağa çağırırdı.