Belarusda AzadlıqRadiosu müxbirinin məhkəməsi başlanır

Belarusiya, AzadlıqRadiosunun loqosu

Noyabrın 25-də Belarusda AzadlıqRadiosunun müxbiri və daha 3 təqsirləndirilən şəxsin məhkəməsi başlanır.

Mikhal Karnevich, insan haqları fəalı Uladzimer Khilmanovich, və müxalifətin Vahid Vətəndaş Partiyasının iki fəalı Ezhy Hryhencha və Vital Lopasau oktyabrın 26-da razılaşdırılmamış aksiyada iştirakda təqsirli bilinirlər.

Məhkəmə noyabrın 24-də başlamalı idi, lakin hakim işinin çox olduğunu deyib, prosesi bu günə keçirib.

Karnevich deyir ki, oktyabrın 26-da jurnalist fəaliyyəti ilə məşğul olub, aksiyanı işıqlandırıb.

Karnevich əvvəllər də aksiyalarla bağlı qanunvericiliyi pozmaqda ittiham olunub.