Bir zamanlar Masazır duzlu gölündə

Bir zamanlar, daha doğrusu, iki il əvvələ qədər Masazırdakı böyük Duzlu Göldə bu cür mənzərələri tez-tez görərdik. Bir çoxlarımız ya avtobusun pəncərəsindən boylanıb ona baxar, ya da maşını saxlayıb ayaqyalın suyunda gəzərdik.

Bu göl qırmızıya boyanan görüntüsü ilə yalnız xoş təəssürat yaradan mənzərə deyil, həm də bir çoxları üçün təbiətin verdiyi çörək ağacı idi.

Bu göl qırmızıya boyanan görüntüsü ilə yalnız xoş təəssürat yaradan mənzərə deyil, həm də bir çoxları üçün təbiətin verdiyi çörək ağacı idi.

Gölün suyunun tərkibi bol duzlu olduğundan, yayın qızmar günlərində günəş suyu buxarlandırır, ağ köpüklü duzlar suyun səthində qalırdı.
Beləliklə duz yığan insanlar onu ya sahildə, ya da gölün dayaz yerlərində kiçik təpəciklər kimi qalayır, qurudur, sonra meşoklara doldurub müəyyən duz emalı sexlərinə meşoxu 70 qəpikdən satırdılar.
Gölün dayaz yerində qalaqlanmış duz təpəciyi.
Qurudulmuş duz at arabasına doldurularaq sexə götürülür.
Göldən yığılmış duzu qurutmaq üçün at arabası ilə sahilə tökürlər.
Bu dəfə isə duz daha böyük daşıma vasitəsi ilə, yük maşını ilə daşınır.
Bu dəfə isə duz daha böyük daşıma vasitəsi ilə, yük maşını ilə daşınır.
Bu gölün suyunun yodlu olması həm də müalicəvi əhəmiyyətli olduğunu qeyd edirlər. Buna görə də göldə çox zaman insanlar qrup-qrup gəlib ayaqyalın suda gəzişərdilər.
Duz yığmaqla məşğul olan insanların isə ümumiyyətlə revmatizma, ayaq ağrılarının olmadığını onların özündən eşitmişdim.
Bundan əlavə bu göl xarici türistlər üçün də çox ekzotik yer halına gəlmişdi. Turistlər gəlib buraları görür, duz toplayanlarla söhbət edir, şəkillər çəkdirirdilər.
Amma siz indi bu gölə bu qədər yaxınlaşa bilməzsiniz. Artıq göl dəmir və qalın simlərlə hasarlanıb.
Hasarlanmasının səbəbi gölün digər tərəfində kim tərəfindən tikildiyi məlum olmayan duz zavodudur.
Bu zavod tikiləndən və göl hasarlanandan bəri uşaqlıqdan bəri duz gölündə duz yığmaqla geçinən insanlar az məvacibli olsa da, iş yerlərini itirdilər. İndi onlar əvvəllər olduğu kimi bura sübh tezdən gəlib sahildə duz təpəcikləri yaratmırlar. Beləliklə onlar iş yerlərini, sadə insanlar isə gözəl mənzərələri itirdi.
Bu da mümkün idi ki, zavod fəaliyyətə başladıqdan sonra bu insanların əməyindən istifadə edərdi. Yəni onlar yenə burada duz toplayar və onu daha yaxın məsafədə yerləşən zavoda daha yüksək qiymətə satardılar. Bununla da təbiət ilə insanın birgə yaratdığı gözəllik də yaşayar, bir qrup insan da ailəsinə "çörək" aparardı.

Həmin gölün dörd il əvvəl çəkilmiş fotoları.
Duz toplayanların istirahət üçün daldalandığı yer.
Duz toplayanların istirahət üçün qurduğu kiçik kölgələnmə yeri.
Bu artıq reklam deyil.