Sabah Azərbaycanda 8 dərəcəyədək şaxta olacaq

Bakı

Noyabrın sonları ölkədə hava kəskin soyuq keçəcək. Yaxın 2 gün Abşeron yarımadasında soyuq diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda belə deyilir.

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava soyuq, arabir yağıntılı keçəcək. Temperatur gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq.

Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 1-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.