2014-cü ilin dünya şahmat çempionu vaxtından 1 oyun əvvəl müəyyən olundu.
Soçidə keçirilən final görüşünün 11-ci oyununda Norveçli Magnus Carlsen Hindistan təmsilçisi Viswanathan Annand üzərində qələbə qazanaraq dünya çempionu titulunu qoruya bildi.
11 oyunda Carlsen 3 oyunu udub, 7 oyunda xalı bölüb, 1 oyunda uduzdu.
Növbəti şahmat finalının 2016-cı ildə keçirilməsi nəzərdə tutulur.