Boston marafon terrorunda ayağını itirsə də marafon qaçacaq

Boston marafonundakı partlayışda xəsarət alan Rebekah DiMartino 2015-ci il yarışında starta çıxacağını vəd edib.

2013-cü ildə Boston marafonundakı partlayışda onun sol ayağı yaralanıb. DiMartinonun ayağını xilas etmək üçün həkimlər 15 cərrahiyə əmliyyatı aparsalar da, bazar ertəsi onun ayağını amputasiya etməyə məcbur olublar.

Noyabrın 22-də evə buraxılan DiMartino “Siz məni gələn il Boston marafonunda görəcəksiniz”- deyə açıqlama verib.

27 yaşlı Rebekah DiMartino 2013-cü ildə Bostondakı marafonu izləməyə gedənlərdən biri idi. Burada Tsarnayev qardaşlarının törətdiyi iki partlayışda 3 nəfər həlak oldu, 260-dan çox adam yaralandı.

Terrorçu qardaşlardan biri hadisədən bir neçə gün sonra polsilə atışmada öldürüldü, digəri isə ağır yaralanandan sonra həbs olundu.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bostonda marafonda partlayış anları