Ukraynada parlament partiyaları koalisiya yaradır

Arxiv foto

Ukraynada beş partiyadan ibarət hakim koalisiya formalaşıb. Koalisiyaya Petro Poroshenko Bloku, Xalq Cəbhəsi, Samopomich, Radikal Partiya və Batkivshchyna daxildir.

Beş partiya noyabrın 21-də ilkin koalisiya razılaşması əldə edib.

Media danışıqların iştirakçılarına istinadla yazır ki, koalisiya Ukraynanın NATO-ya qoşulmasının əsas məqsəd olmasına, Rusiyanın tutduğu Krımın Ukraynanın nəzarətinə qaytarılmasına razılaşıb.

Partiyalar həmçinin razılaşıb ki, deputatların toxunulmazlığı ləğv edilsin, seçki sistemində islahat aparılsın, Sovet və nasist simvolları qadağan olunsun, ölkədə hakimiyyətin strukturunda mərkəzləşmə olmasın.

Partiyaların prioritetləri sırasında ölkənin şərqində daimi hərbi bazanın yaradılması, ölkənin ÜDM-sinin azı 3 faizinin hərbi ehtiyaclar üçün ayrılması var.

Razılaşma noyabrın 21-də parlamentdə rəsmən təqdim olunacaq.