Azərbaycanın Liviya, Suriya və Livandakı səfirləri geri çağırılıb


Azərbaycanın Liviya, hamçinin Suriya və Livandakı səfirləri geri çağırılıb.

Prezident İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun ölkənin Liviyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Başqa bir sərəncamla, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Suriya və Livandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.