Ukraynanın şərqində atəşkəs dövründə sutkada 13 adam ölür

Ukraine -- An elderly man sits in front building destroyed during combat and shelling between Ukrainian forces and pro-Russian militants in eastern city of Donetsk, 13, 2014

Ukraynanın şərqində atəşkəs dövründə sutkada orta hesabla 13 adam ölür.

Bunu BMT-nin İnsan haqları komissarı Zeid Raad Al Hussein noyabrın 20-də bildirib.

O deyib ki,sentyabrın 5-də Minskdə atəşkəs razılşamasından bəri Ukrayna ordusu ilə rusiyapərəst yaraqlılar arasında atışmalarda 957 adam ölüb.

Apreldən bəri ölənlər isə 4317, yaralananlar 9921 nəfərdir.