AXCP üzvünə ölkədən çıxmağa icazə verilməyib

AXCP üzvü Ayət İsmayılov Dubaya istirahətə gedərkən Heydər Əliyev hava limanında saxlanıb. Bu haqda AzadlıqRadiosuna onun özü məlumat verib:

“ Vizanı aldım, qeydiyyatdan keçdim. Gömrükdən keçəndə adımı bilən kimi polis çağırdılar. Polisə dedilər ki, mənim pasportumu yoxlasın. O da harasa zəng vurdu. Eşitdim ki, telefonda kimdənsə soruşdu ki, “müxalifətçidir”? Bundan sonra dedilər ki, çıxışıma qadağa qoyulub. Ancaq, bunun səbəbi ilə bağlı heç bir açıqlama vermədilər. Haqqımda cinayət işi, yaxud heç bir məhkəmə qərarı yoxdur. Bu qadağanın səbəbini başa düşə bilmədim”.