Vaqif Səmədoğlu: "Səhhətimlə bağlı yayılmış məlumat yanlışdır"

Vaqif Səmədoğlu

-

Xalq şairi Vaqif Səmədoğlu səhhətindəki vəziyyətlə bağlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, V. Səmədoğlu bildirib ki, müxtəlif xəbər saytlarda mənim səhhətimlə bağlı yayılmış məlumat yanlışdır.

“Vəziyyətim normaldır.

Ev şəraitində müalicəmi davam elətdirirəm".

Xalq şairi vurğulayıb ki, narahatçılığa heç bir səbəb yoxdur.

Qeyd edək ki, Vaqif Səmədoğlu bədxassəli şişdən əziyyət çəkir.