Bir əsr öncə Osmanlı türkləri tərəfindən öldürüldüyü bildirilən ermənilərin övladlarının toxuduğu xalça Ağ Ev Qonaqlar Mərkəzində nümayiş olunub.
“Erməni yetim xalçası” adlanan bu xalça 1925-ci ildə prezident Calvin Coolidge-yə hədiyyə olunub. Coolidge prezidentlikdən gedəndən sonra xalçanı şəxsi əmlakı kimi aparıb. Ancaq ailəsi 1982-ci ildə Ağ Evə qayıdıb və xalça əsasən anbarda saxlanıb.
Amerika erməniləri ABŞ hökumətinin erməni qırğınını tanımasını istəyir.
Tarixçilər 1-ci Dünya Müharibəsi vaxtı Osmanlı türklərinin 1.5 milyon ermənini qətlə yetirdiyini bildirir. Lakin Türkiyə bunun genosid olmadığını deyir.
Kaliforniya ştatından Demokrat Konqresmen Adam Schiff deyib ki, bu xalça “milyon yarım adamın ölümünü inkar edənlərə sakit və gözəl sübutdur”.
Noyabrın 18-də keçirilmiş tədbirə Konqresin bir neçə üzvü qatılıb.