Kabildə partlayışda 4 nəfər ölüb

Arxiv foto

Kabildə intiharçı hücumunda azı 4 nəfər ölüb. Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqqi deyib ki, hücum noyabrın 18-də səhər xaricilər yaşayan binanın darvazası qarşısında baş verib. Partlayıcılarla dolu kiçik yük maşını darvazaya çırpılıb, ölənlər təhlükəsizlik işçiləridir və hücumçulardır.

NATO bildirib ki, əməkdaşlarından xəsarət alan olmayıb.

Ötən həftə intiharçılar polis rəisinə və yüksək rütbəli parlament üzvünə hücum ediblər.