İD yaraqlıları Bağdaddakı partlayışları üzərinə götürür

İraq, Bağdadda partlayış


Bağdad Beynəlxalq Hava Limanındakı intiharçı bombanın partlamasına görə məsuliyyəti İslam Dövləti yaraqlıları öz üzərinə götürüb. Hadisə noyabrın 16-da olub, 5 nəfər yaralanıb.

Partlayış həmin ərazidən keçən BMT konvoyunu zədələyib. Ancaq konvoydakılardan heç kim xəsarət almayıb.

Eyni zamanda Bağdadın cənub qərbində sünnilərin olduğu Radwaniyada da bomba partlayıb. Partlayış polis məntəqəsinin yanında olub və 2 polis əməkdaşı ölüb.

Hay Jami məhəlləsində yol kənarında olan partlayışda isə 3 nəfər ölüb, 9 nəfər yaralanıb.