Köhnə qəsr - müasir məktəb: Liebegg Qəsri

Mənim üçün maraqlı idi bu tikilinin nə olması və nə məqsədə istifadə edilməsi. Ona görə yolumu həmin tikiliyə saldım və ora ilə maraqlanıb bunları öyrəndim.

Gündüzlər bu tarixi qəsr o qədər də gözə çarpmır. Amma elə ki, gecə düşür, bir neçə km-dən o, təpəlikdən, ağacların arasından ay kimi boylanır.

Aargau vilayətinin Liebegg kəndindəki bu tarixi qəsr XII əsrin ortalarında tikilməyə başlayıb və həmin dövrlərdə Liebegg və Grönichen bölgəsinin idarə edilməsində dövlət binası kimi istifadə edilib. Bölgənin idarəçiliyi əldən-ələ keçdikcə Liebegg qəsri də əl dəyişdirib.

Ağaclarla örtülü hündür təpədə ucalan bu qəsr XVI əsrin ortalarında dağılmağa başlayıb və onun bünövrəsində gördüyünüz qotik üslubunda bu bina inşa edilib. Qəsrin inşası 1561-1562-ci illərə təsadüf edir. İnşa edildiyi gündən bəri bir dəfə - 1982-83-cü illərdə bərpa edilərək əvvəlki görünüşü qaytarılıb.

Sonrakı dövrlərdə isə ətrafda mülklər tikilərək qəsr əhatələnib.

Dörd mərtəbəli qəsr və önündəki dibi görünməyən su quyusu.

Hal-hazırda bölgənin kültür idarəsinə aid olan bu bina, həm də Liebegg kəndinin məktəbi kimi istifadə olunur. Amma dərs olmayan günlər burada müxtəlif tədbirlər, seminarlar da keçirilir.

Məktəbin və qəsrin giriş darvazası.

Birinci mərtəbədəki geniş salon yeməkxanadır. Burda şagirdlər və başqaları nahar edə, qəhvə içə bilərlər.

İkinci mərtəbədəki sinif otağı.

Mərtəbələri bir-birinə bağlayan pilləkan.

Məktəbin kişi tualeti.

Tualetin pəncərəsindən görünən mənzərə.

Qəsrin çardağı olan sonuncu mərtəbə sinif otağı və konfrans zalı kimi istifadə olunur. Otaq lazım olan bütün texnika ilə təchiz olunub.

Bu otaqda həm də dərs olmayan günlər müxtəlif tədbirlər, seminarlar keçirmək olur.

Sinif otağından görünən mənzərə.

Qəsrə maşın yolu ilə yanaşı, kəsə, piyada yolu da var. Bu yol meşənin içindən keçir və yaşı qəsrin yaşı qədərdir.

Qəsrə kəsə piyada yolu ilə gedən məsul şəxs.