Kürdistan neft ixracı və ödəmələrdə razılığa gəlib

İraq Maliyyə naziri Hoshiyar Zebari və Kürdistanın baş naziri Nechirvan Barzani

İraqda maliyyə nazirliyi və yarım muxtar Kürdistan vilayəti rəhbərliyi neft ixracı və Bağdadın ödənişləri barədə razılığa gəliblər.

Maliyyə naziri Hoshiyar Zebari deyib ki, mərkəzi hökumət federal büdcədən Kürdistan məmurlarının maaşlarının ödənilməsinə razılıq verib.

Kürdistan vilayət rəhbərliyi razılaşmanı imzalayıb.

Noyabrın 13-də İraqın yanacaq naziri Adil Abd al-Mahdi və Kürdistanın baş naziri Nechirvan Barzani arasındakı danışıqlardan sonra bu razılaşma əldə edilib.

Kürdistan vilayəti Türkiyəyə neft satışından sonra Bağdadın yerli məmurlarının maaşını ödəməyi dayandırmışdı.

Razılaşmaya görə, İraq Kürdistanı federal büdcəyə gündəlik 150 min barel neft və ya gündəlik daşınmanın yarısını verəcək.

Bağdad da öz növbəsində Kürdistan vilayətinə 500 milyon dollar ayıracaq.