Ramzan Kadyrov deyir ki, al-Shishani öldürülüb

al-Shishani

Çeçenistan prezidenti Ramzan Kadyrov deyib ki, İslam Dövləti yaraqlılarının liderlərindən olan Tarkhan Batirashvili öldürülüb.

Kadyrov noyabrın 13-dəİnstagramda yazıb: “Bu, Rusiya və Çeçenistana qarşı çıxan hər bir kəslə olacaq”.

Kadırov detallara toxunmayıb.

Batirashvili Omar al-Shishani adı ilə tanınır. O, Gürcüstanın Pankisi regionundandır, milliyyətcə çeçendir.

Sentyabr ayında ABŞ Batirashvilini terrorçu siyahısına saldı.

Bundan əvvəl Kadyrovun terrorçu liderlərin ölümü haqda verdiyi bəyanatların bəziləri düz çıxmayıb.