ATƏT müşahidəçiləri monitorinqin məhdudlaşmasından şikayətlənir

Kanerva - sağda

ATƏT-in baş rəsmisi bildirib ki, Ukraynanın şərqində Rusiya ilə sərhəddin monitorinqi qəbuledilməz dərəcədə məhdudlaşdırılır.

Avropa Şurası parlament Assambleyasının prezidenti İlkka Kanerva noyabrın 13-də Vyanada ATƏT Daimi Şurasına bildirib ki, ATƏT müşahidəçiləri yalnız dar rəsmi keçid məntəqəsindən keçəni görə və məlumat verə bilirlər.

ATƏT müşahidəçiləri son günlər nişansız hərbi karvanın Ukraynaya keçdiyi haqda məlumat vermişdi, ancaq bu karvanın mənbəyi məlum deyildi.