Ermənistan prezidenti Dağlıq Qarabağa gedib

Ermənistan prezidenti Serj Sarkisian noybarın 13-də Dağlıq Qarabağa işçi səfərə gəlib.

Prezidentin mətbuat xidməti bildirir ki, onu Dağlıq Qarabağın erməni lideri Bako Saakian, Ermənistanın və Dağlıq Qarabağın müdafiə nazirləri müşayət edir.

O, Birlik-2014 hərbi təlimləri çərçivəsində Dağlıq Qarabağda ordunun hazırlığı, orduquruculuğu ilə tanış olacaq.

Prezidentin mətbuat xidmətinin məlumatında noyabrın 12-də vurulan helikopter barədə heç nə deyilmir.

Noyabrın 12-də Azərbaycan silahlı qüvvələri Ağdam regionunda erməni hərbçilərinin helikopterini vurub.

Noyabrın 13-də Ermənistanın xarici işlər nazirliyi bəyanat verərək Azərbaycanın bu hərəkətini təxribat adlandırır və ittiham edir. Bəyanatda deyilir ki, Bakı danışıqlar prosesini pozmaq üçün yeni provokasiyalar edir.