Rusiya Ukraynada müharibəni alovlandırır

Samantha Power



ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Samantha Power Rusiyanı sülhdən danışmasına baxmayaraq Ukraynada müharibə aparmaqda günahlandırıb.

Samantha Power bu bəyanatla ötən gün Təhlükəsizlik Şurasının təcili yığıncağında çıxış edib.

O Minsk razılaşmasındakı öhdəlikləri yerinə yetirmək üçün Rusiyaya təzyiq edilməsinə və Ukraynanın şərqində münaqişənin gərginləşməsi ilə bağlı tədbirlər görməyə səsləyib.