İran prezidenti Azərbaycana rəsmi səfərə gəlib

İran İslam Respublikasının prezidenti Həsən Rouhani Azərbaycana rəsmi səfərə gəlib.

Rouhanini Bakı Beynəlxalq Hava limanında Azərbaycanın baş nazirinin 1-ci müavini Yaqub Eyyubov qarşılayıb.

Səfər çərçivəsində İran prezidentinin Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü, ikitərəfli əməkdaşlığa dair 10 səsnədin imzalanması gözlənilir.

Rouhani Milli Məclisdə də çıxış etməlidir.