Aytmatovun 3 məşhur əsəri bir kitabda

-

Tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun kitabı Bakıda latın əlifbasında çap edildi.

Bakı Kitab Klubunun nəşr etdiyi kitaba ədibin «Gün var əsrə bərabər» (qırğızca «Kılım karıtar bir kün») romanı, «Əlvida, Gülsarı!» və «Cəmilə» povestləri daxil edilib.

«Gün var əsrə bərabər» romanı 1980-ci ildə o dövrlərin ən radikal jurnalı sayılan «Novıy mir» jurnalında işıq üzü görüb.

Dərc olunan gündən öz qeyri-adiliyi ilə bütün Sovet respublikalarına ildırım sürəti ilə yayıldı və cəmiyyətdə böyük diskussiyalara səbəb oldu.