Ebadi: «İranda insan haqlarında dəyişiklik olmayıb»

İranın Nobel sülh mükafatı laureatı Shirin Ebadi

İranın Nobel sülh mükafatı laureatı Shirin Ebadi deyir ki, İranda prezident Hassan Rohani-nin hakimiyyəti dövründə insan haqlarının durumu pisdir və ya daha pisdir. O, həmin durumu keçmiş prezident Mahmud Ahmadinejad-ın dövrüylə müqayisə edib.

Ebadi-nin sözlərinə görə, fərq odur ki, Ahmadinejad insan haqlarını məhdudlaşdırırdı, Rohani isə ifadə azadlığına məhdudiyyətləri azaltmağa, qadınlar və azlıqlara qarşı ayrı-seçkiliyi aradan qaldırmağa söz verib. O, deyir ki, Rohani sərt-xətt tərəfdarlarının sərt müqaviməti ilə «çox şey edə bilməz».

Ebadi Nyu-Yorkda Associated Press agentliyinə danışıb. O, İranda «davam edən ciddi insan haqları pozuntularından» dərin narahatlıq bildirən qətnaməyə BMT Baş Assambleyasının dəstəyini qazanmağa çalışır.