Merkellə Sharif Berlində danışıqlar aparır

Almaniyanın kansleri Angela Merkel və Pakistanın baş naziri Nawaz Sharif

Almaniyanın kansleri Angela Merkel deyir ki, Pakistanın baş naziri Nawaz Sharif-in səfərindən sonra Berlin İslamabadla münasibətləri təkmilləşdirmək istəyir.

Noyabrın 11-də Berlində keçirilən müzakirələrdə Merkel deyib ki, Almaniya Pakistana, özəlliklə də enerji sektoruna sərmayələri artırmaq istəyir.

Merkel-in sözlərinə görə, Almaniyanın KfW dövlət inkişaf bankı Pakistanda layihələrə cəlb olunub, ancaq bəzən təhlükəsizlik durumu çəkindirici amilə çevrilir.

Sharif alman şirkətlərinin ölkənin enerji sektoruna böyük maraq göstərdiyini vurğulayıb.